19 Avqust 23:50
19 Avqust 23:32
19 Avqust 23:23
08:59
336
“Azərbaycanın multikulturalizm modeli yalnız müxtəlif etnik və dini qrupların birgəyaşayışını təmin edən sosial yanaşma deyil, eyni zamanda dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu modelin əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycanda fərqliliklər cəmiyyətin parçalanmasına səbəb olan amil kimi deyil, milli birliyin və ictimai harmoniyanın tərkib hissəsi kimi qəbul edilir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O söyləyib ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, dinlərin və etnosların qovuşduğu coğrafiya olub: “Bu baxımdan ölkədə formalaşmış tolerantlıq ənənəsi yalnız müasir dövrün siyasi konsepsiyası deyil, tarixi və sosial təcrübənin davamıdır. Azərbaycanda müsəlmanlarla yanaşı, xristian və yəhudi icmalarının da öz dini ayinlərini sərbəst şəkildə həyata keçirməsi, ibadət yerlərinin qorunması və mədəni irsin yaşadılması bu yanaşmanın praktik göstəricilərindəndir. Multikulturalizmin Azərbaycan modeli həm də dövlətçilik baxımından əhəmiyyətlidir. Çünki qloballaşmanın sürətləndiyi, müxtəlif cəmiyyətlərdə dini və etnik ziddiyyətlərin dərinləşdiyi bir mərhələdə milli kimliyi qorumaqla yanaşı fərqli kimliklərin hüquqlarına hörmət göstərmək ciddi siyasi üstünlük yaradır. Burada əsas məsələ müxtəlifliyi süni şəkildə eyniləşdirmək deyil, fərqliliklərin vahid vətəndaşlıq məkanı daxilində harmoniyasını təmin etməkdir”.
T.İsmayılovun sözlərinə görə, Azərbaycanın bu istiqamətdə qazandığı təcrübə ölkənin beynəlxalq humanitar və diplomatik gündəliyində də xüsusi yer tutur: “Bakı müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun təşviq olunduğu beynəlxalq platformalara ev sahibliyi etməklə multikulturalizm ideyasını regional çərçivədən çıxararaq qlobal müzakirənin predmetinə çevirib. Əslində, multikulturalizm sadəcə tolerant olmaq deyil. Bu, fərqli olanı qəbul etmək, onun hüquqlarına hörmət göstərmək və ümumi dövlət maraqları ətrafında birləşə bilmək bacarığıdır. Azərbaycanın əsas üstünlüyü də məhz budur: müxtəliflik milli birliyin alternativi kimi deyil, onun tamamlayıcı elementi kimi təqdim olunur. Bu modelin davamlılığı isə yalnız dövlət siyasətindən deyil, cəmiyyətin gündəlik davranış mədəniyyətindən və gələcək nəsillərə ötürülən dəyərlərdən asılıdır”.
Röya İsrafilova
19 Avqust 23:50
651
19 Avqust 23:32
672
19 Avqust 23:23
679