19 Avqust 23:50
19 Avqust 23:32
19 Avqust 23:23
08:57
343
ABŞ Prezidenti Donald Tramp İrana qarşı görünməmiş "iqtisadi müharibə və təcrid"in başladığını bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb.
"Mən indiyə qədər hər hansı bir ölkəyə qarşı həyata keçirilmiş ən sarsıdıcı iqtisadi əməliyyatı elan edirəm. Bu, misilsiz miqyasda iqtisadi müharibə və təcrid olacaq", — deyə Amerika lideri bildirib.
ABŞ rəhbərinin xəbərdarlığına görə, öz maliyyə müəssisələrinə, şirkətlərinə, hava limanlarına və ya dövlət strukturlarına Tehrana hər hansı formada dəstək göstərməyə icazə verən istənilən dövlət çox ağır iqtisadi nəticələrlə üzləşəcək.
Məryəm Quliyeva