19 Avqust 23:50
19 Avqust 23:32
19 Avqust 23:23
09:46
413
ABŞ hərbçiləri neft nəqlini həyata keçirmək məqsədilə Hörmüz boğazında gizli gəmiçilik marşrutu yaradıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasına istinadən "Axios" portalı məlumat yayıb.
"ABŞ Silahlı Qüvvələri hər gün milyonlarla barel neftin daşınması üçün Hörmüz boğazında gizli şəkildə gəmiçilik dəhlizi formalaşdırıb", — deyə məlumatda qeyd olunur.
Portalın məlumatına əsasən, bu marşrut vasitəsilə Oman sahilləri boyunca hər gün 20-yə yaxın tanker hərəkət edir. Bu dəhlizlə Yaxın Şərqdən həyata keçirilən gündəlik neft tədarükünün həcmi 10 milyon barelə çatır.
"Biz artıq iki aydır ki, Hörmüz boğazının cənubuna nəzarət edirik. İslam İnqilabı Keşikçiləri Korpusu müəyyən narahatlıqlar yarada bilər, lakin boğaza nəzarət etmir. Boğaza nəzarəti biz həyata keçiririk", — deyə nəşrə vəzifəli şəxslərdən biri bildirib.
Əməliyyat Fars körfəzindəki tərəfdaşlarla koordinasiyalı şəkildə ABŞ hərbçilərinin nəzarəti altında aparılır. Onlar həm yüklü gəmilərin, həm də BƏƏ, Bəhreyn və Küveyt limanlarına istiqamətlənən boş tankerlərin keçidini təşkil edirlər. Gəmilərin müşayiəti gecə saatlarında, müəyyən edilmiş karvanlar halında və ABŞ Hərbi Hava Qüvvələrinin qırıcılarının daimi hava mühafizəsi altında həyata keçirilir.
Məryəm Quliyeva