11:22
357.jpg)
Rusiya hərbçiləri gecə saatlarında Kiyev vilayətində ikili təyinatlı malların saxlandığı loqistika mərkəzinə zərbə endiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə cümə günü Rusiya Müdafiə Nazirliyi bəyan edib.
Nazirliyin məlumatında bildirilir ki, zərbəyə Qatnoye yaşayış məntəqəsində yerləşən "Eko-Avtotexniks" loqistika mərkəzi məruz qalıb.
Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, gecə həyata keçirilən zərbə zamanı Ukrayna ərazisindəki hədəflər yüksəkdəqiqlikli aviasiya silahları və zərbə pilotsuz uçuş aparatları (PUA) ilə vurulub.
Məryəm Quliyeva