PISA 2025-in nəticələrinin açıqlanacağı tarix məlum olub Cəmiyyət

PISA 2025-in nəticələrinin açıqlanacağı tarix məlum olub

PISA 2025 tədqiqatının nəticələri sentyabrın 8-də açıqlanacaq.

APA xəbər verir ki, bu barədə PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev məlumat verib.

O bildirib ki, Azərbaycan növbəti – 2029-cu ildə keçiriləcək PISA beynəlxalq qiymətləndirmə tədqiqatında da iştirak edəcək.

Elnur Əliyevin sözlərinə görə, Azərbaycanın PISA-2029-da iştirakı ilə bağlı artıq müvafiq müqavilə imzalanıb və rəsmi müraciət edilib.