6 Oktyabr 16:29
6 Oktyabr 13:50
Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib - FOTO
"Nənələr" folklor klubunun üzvünün oğlu Rusiya-Ukrayna müharibəsində öldürülüb
Binəqədi və Sabunçuda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama
Aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişikliklərinin təsirinin azaldılması tənzimlənir
11:34
392
Hindistanın Baş naziri Narendra Modi əvvəlcə Qucarat ştatının, 2014-cü ildən isə ölkə hökumətinin rəhbəri kimi 25 illik idarəçilik dövrünü qeyd edib.
Xalqcebhesi.az xəbər verir ki, hakim partiya tərəfindən təşkil olunan təntənəli mərasimdə çıxış edən Modi bildirib:
"7 oktyabr 2001-ci ildə Qucaratın baş naziri kimi and içərkən bu həddə çatacağımı ağlıma belə gətirə bilməzdim. Bu gün hökumət rəhbəri kimi fasiləsiz 25 illik fəaliyyətimi qeyd edirəm. Bu, xalqın dəyişməz dəstəyi və xeyir-duası sayəsində mümkün oldu".
Modi bildirib ki, bu gün yalnız anım günü deyil, həm də gələcəkdə hərəkət etmək əzmimizi bir daha təsdiqləmək üçündür. "Bu gün öhdəliklərimizi yeniləmək üçün bir fürsətdir. Qətiyyətimizi ifadə edib "Biz buna mütləq nail olacağıq, bunu edəcəyik" dediyimiz bir gündür", - deyə o, respublikanın müstəqilliyinin 100 illiyini qeyd edəcəyi 2047-ci ilə doğru Hindistanın davamlı inkişafından danışarkən söz verib. Baş nazir əsas məqsədlər sırasında Hindistanın özünü təmin etməsini, qlobal istehsalat mərkəzinə çevrilməsini, Olimpiya Oyunlarına ev sahibliyi etməsini və kosmosa pilotlu missiya göndərməsini qeyd edib.
Məryəm Quliyeva