Lordlar Palatasının üzvü: Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması böyük irəliləyişdir Siyasət

Lordlar Palatasının üzvü: Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması böyük irəliləyişdir

"Mən Azərbaycanda daha əvvəl olmuşam. 16 ildən sonra ölkədə olan inkişafın şahidiyəm”.

APA xəbər verir ki, bunu Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Bredi İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda deyib.

O Azərbaycan-Ermənistan münaqişəsi zamanı Qarabağda olduğunu xatırladıb və o vaxt qaçqın və məcburi köçkünlərlə görüşdüyünü qeyd edib: “O vaxt müharibə nəticəsində öz yurdlarından didərgin düşmüş insanlarla görüşdüm və onların hekayələrini dinlədim. Bu gün sülhün əldə olunması necə də böyük irəliləyişdir. Lakin itkin şəxslər eyniləşdirilməmiş, onların hekayələri üzə çıxarılmamış qaldığı müddətdə fərdlər, ailələr və dəhşətli qeyri-müəyyənlik içində yaşayan icmalar üçün bu məsələyə tam son qoymaq mümkün deyil. Azərbaycanın həyata keçirdiyi bu həyati əhəmiyyətli beynəlxalq humanitar fəaliyyətə dəstək olmaq üçün sizinlə birlikdə burada olmaq mənim üçün böyük şərəfdir”.