6 Oktyabr 16:29
6 Oktyabr 13:50
Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib - FOTO
"Nənələr" folklor klubunun üzvünün oğlu Rusiya-Ukrayna müharibəsində öldürülüb
Binəqədi və Sabunçuda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama
Aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişikliklərinin təsirinin azaldılması tənzimlənir
12:16
434
Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
APA xəbər verir ki, Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən humanitar yükün tərkibinə ümumi dəyəri 2,5 milyon Azərbaycan manatı olan kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxildir.
Bildirilib ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.
Qeyd edek ki, yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 21 sentyabr tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.