TQDK-dan dərsliklərlə bağlı daha bir irad Hadisə

TQDK-dan dərsliklərlə bağlı daha bir irad

"2 və 3-cü siniflər üzrə dərslik komplektlərində müəyyən uyğunsuzluqlar hələ də qalmaqdadır"

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2 və 3-cü siniflər üzrə dərslik komplektlərinin maketlərinin elmi-metodiki monitorinqi haqqında məlumat açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə Təhsil Nazirliyinin TQDK-ya rəsmi müraciətinə əsasən yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 2 və 3-cü siniflər üzrə dərslik komplektlərinin (Azərbaycan və rus bölmələri birlikdə 2-ci sinif üzrə 19 adda dərslik və 21 adda müəllim üçün metodik vəsait, 3-cü sinif üzrə 19 adda dərslik və 21 adda müəllim üçün metodik vəsait) təkrar çapı ilə əlaqədar olaraq, onların nəşrəqədərki maketlərinin elmi-metodiki monitorinqi aparılıb. Monitorinq göstərib ki, bütün fənlər üzrə ötən il yekun rəylərdə qeyd edilmiş irad və təkliflərin əksəriyyəti nəzərə alınıb. Lakin müəyyən uyğunsuzluqlar hələ də qalmaqdadır. Bununla bağlı formalaşdırılmış yekun rəylər 19-25 may tarixlərdə Təhsil Nazirliyinə göndərilib və "Dərslik portalı"nda yerləşdirilib.