“Siyasi iradə lazımdır ki, bələdiyyələrin statusu artırılsın” Hadisə
Qüdrət Həsənquliyev: "Bakı şəhər bələdiyyəsinin yaradılmasına ehtiyac var"
"İcra hakimiyyətləri üçün kifayət qədər vəsait ayrılır və o vəsaitlər heç də səmərəli istifadə olunmur"
Dünən Milli Məclisdə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar Ədliyyə Nazirliyinin illik məruzəsi müzakirə edilib. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev məruzə ətrafında müzakirələr zamanı çıxışında irad və təkliflərini bildirib.
Millət vəkili bildirib ki, hesabatdan da göründüyü kimi bu sahədə çox ciddi işlər görülür və ölkədə yeni bir təbəqənin, bələdiyyə qulluqçularının hazırlanması istiqamətində çox böyük əmək sərf olunur: "Və yaxşı hal ondan ibarətdir ki, Ədliyyə Hazirliyinin müvafiq qurumu beynəlxalq təşkilatlarla, xüsusilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətilə, Azərbaycanın ayrı-ayrı dövlət qurumları ilə, o cümlədən Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası ilə, Ailə, Uşaq və Qadın Problemləri Dövlət Komitəsi ilə birlikdə bələdiyyə idarəetməsində qadınların rolunun artırılması və onların liderliyi məsələləri, eləcə də digər məsələlər barədə geniş müzakirələr aparılıb. Mən rəqəmlərlə tanış olmuşam, 4000-dən artıq bələdiyyə qulluqçusu bu kurslardan keçiblər".
Bütün bunlar fərəhləndirici hal olduğunu vurğulayan Qüdrət Həsənquliyev bununla belə əsas problemin hələ də həllini tapmadığını qeyd edib: "Burada Arif müəllim də dedi ki, Ədliyyə Hazirliyinin müvafiq qurumu bələdiyyələrin fəaliyyətinə ciddi nəzarət etsə də onların hüquqlarını müdafiə etməkdə çətinlik çəkir. Mən bu qurumun rəhbəri Mehdi Səlimzadəni az-çox tanıyıram. Mən əminəm ki, onun belə bir imkanı olsaydı, onların hüquqlarını da qoruyardı. Elə Arif müəllimin (Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə - red.) özünün də səlahiyyətləri az deyil. Amma Arif müəllimin də imkanı olsaydı, o da onları müdafiə edərdi. Mən əvvəllər də bu kimi hesabatların müzakirələri zamanı söyləmişəm, məsələ nə bizim müvafiq komitədədir, nə də Ədliyyə Hazirliyinin müvafiq qurumunda. Məsələnin kökü bununla bağlı siyasi qərar qəbul olunmamasındadır. Siyasi iradə lazımdır ki, bələdiyyələrin statusu artırılsın və icra orqanları ilə paralellik aradan qaldırılsın. Arif müəllim qeyd elədi ki, Haxçıvanda və Abşeronda bələdiyyələrin fəaliyyətini yüksək qiymətləndirir. Qeyd elədi ki, müvafiq yerli icra hakimiyyəti orqanları onların işinə kömək edir, fəaliyyətinə dəstək verir, amma başqa yerlərdə belə deyil. Hesab edirəm ki, biz yerli özünüidarə etmə orqanlarını öz ümidlərinə buraxmalı deyilik. Yaxşı olardı ki, Arif müəllim bələdiyyələrin statusu ilə bağlı təkliflər hazırlasın, Ədliyyə Hazirliyinin fikrirlərini öyrənsin və qanunla bağlı yeni müzakirələr açılsın, biz də bələdiyyələrin statusunu artıraq. Əvvəllər deyirdik ki, bələdiyyələrin statusu getdikcə genişlənəcək, bu təzə yaradılmış qurumdur, təcrübələri yoxdur. Amma indi kifayət qədər bələdiyyə qulluqçusu formalaşıb, bu illər ərzində onlara yaxşı kurslar keçirilib, yaxşı təlimatlandırılıblar. Bu illər ərzində çoxlu sayda bələdiyyə üzvləri seçiliblər və onlar bələdiyyə işinin nə olduğunu bilirlər".
Millət vəkili bələdiyyə sədrlərinin birbaşa seçilməsi ilə bağlı son vaxtlar bəzi həmkarları tərəfindən gündəmə gətirilmiş məsələyə də toxunub: "Onların birbaşa seçilməsi nəinki bu sahədə işi yaxşılaşdırmayacaq, əksinə vəziyyəti ağırlaşdıracaq. İnli bəzi bələdiyyə sədrləri onları seçən bələdiyyə üzvlərinin fikirlərini nəzərə almırlar. Onlar birbaşa seçilsələr, o zaman bələdiyyə üzvlərinin burada rolu tamamilə minimuma endiriləcək. Biz hələlik demokratik inkişaf yolundayıq, demokratik ənənələr tam kök atmayıb".
Qüdrət Həsənquliyev çıxışında daha bir önəmli məsələni də yenidən gündəmə gətirib. O deyib ki, Bakı şəhər bələdiyyəsinin yaradılmasına ehtiyac var. Bununla bağlı beynəlxalq təşkilatların da mövqeyini bir daha diqqətə çatdıran millət vəkili qeyd edib ki, Bakı şəhər bələdiyyəsinin yaradılması büdcə vəsaitlərinin də səmərəli istifadəsi baxımından əhəmiyyətlidir: "Bakı şəhər bələdiyyəsinin yaradılması vacibdir. Mənzil İstismar Sahələrinin səlahiyyətlərilə də gələcəkdə bələdiyyələrə verilməsinin inkişafına təkan verəcək. Belə olacağı halda bələdiyyələrin maliyyə imkanları da genişlənəcək. Bu gün icra hakimiyyətləri üçün kifayət qədər vəsait ayrılır və o vəsaitlər heç də səmərəli istifadə olunmur. Əgər bu pararalellik aradan qaldırılsa və kollegial qurum olan bələdiyyələrin səlahiyyətləri genişləndirilsə, həmin vəsaitlərin daha səmərəli istifadə olumasına gətirib çıxaracaq".
Cavanşir Həsənli