DSX sərhəd pozucuları ilə bağlı məlumat açıqlayıb Hadisə

DSX sərhəd pozucuları ilə bağlı məlumat açıqlayıb

İyun ayı ərzində Azərbaycanın dövlət sərhədini pozduqları üçün 38 halda 47 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən "Trend"ə verilən məlumata görə, onların 24 nəfəri Azərbaycan Respublikası, 11 nəfəri Özbəkistan, 3 nəfəri Rusiya Federasiyası, 2 nəfəri İran İslam Respublikası və hər ölkədən 1 nəfər olmaqla Gürcüstan, Nigeriya, Moldova, Tacikistan, Qırğızıstan, Ukrayna və Almaniya vətəndaşı olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 5 halda 10 nəfər, Xəzər dənizində 28 halda 41 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb. Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 223 nəfər aşkarlanaraq aidiyyatı üzrə təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 4 kiloqram 326 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Bundan əlavə, ay ərzində respublika ərazisində 4,6 hektar sahədən ümumi çəkisi 9 ton 267,6 kq narkotik tərkibli bitki, 40 halda ümumi dəyəri təqribən 163 min manat olan qaçaqmalın, o cümlədən 4 ədəd tapança, 2 ədəd 16 mm-lik tüfəng, 114 ədəd müxtəlif ölçülü patron, 1 ədə zirehli gödəkçə, 1 ədəd beşbarmaq, 15 ədə elektroşok, 35 ədə qızıl-gümüş qol saatı, 34500 Avropa valyutası, 636 ədəd araq, 1780 qutu siqaret, 131900 ədəd dərman preparatı, 1 baş at, 145 ədəd pirotexniki vasitə, ərzaq və və sənaye mallarının sərhədlərimizdən keçirilməsinin qarşısı alınıb.