Bakının bu ərazisində su olmayacaq Hadisə

Bakının bu ərazisində su olmayacaq

Bu gün və sabah Bakının Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Azərsu ASC-dən verilən məlumata görə, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar mayın 21-22-də Suraxanı, Hövsan, Əmircan və Qaraçuxur qəsəbələrinə su fasilələrlə veriləcək.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.