Zakir Həsənov BQXK-nın rəhbərini qəbul edib Hadisə

Zakir Həsənov BQXK-nın rəhbərini qəbul edib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duranı qəbul edib.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə beynəlxalq qurumla Azərbaycan arasında qarşılıqlı əlaqələr, həyata keçirilən fəaliyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və humanitar əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.