“Azərbaycan Ordusu“nun baş redaktoru istefaya göndərildi Hadisə

“Azərbaycan Ordusu“nun baş redaktoru istefaya göndərildi

Müdafiə Nazirliyinə məxsus "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru polkovnik-leytenant İbrahim Rüstəmov vəzifəsindən azad edilərək istefaya göndərilib.
"Trend" xəbər verir ki, bununla bağlı müvafiq əmr müdafiə naziri polkovnik-leytenant Zakir Həsənov tərəfindən hələ yanvarın 30-da imzalanıb. Əmrdə qəzetin baş redaktorunun xəstəliyi ilə əlaqədar vəzifəsindən azad edilərək ehtiyata göndərildiyi bildirilir. Hələlik qəzetin baş redaktoru vəzifəsinə təyinat olmayıb. Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiq ediblər. Qeyd edək ki, polkovnik-leytenant İ.Rüstəmov bir müddət əvvəl hərbi hospitalda müalicə olunurdu.