Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
Polşanın BMT-dəki daimi nümayəndəsi: Bakıdakı müzakirələr son dərəcə vacibdir
Milli Hidrometeorologiya Xidməti: Bakıda yağıntının miqdarı aylıq normanın 203-279%-ni təşkil edir
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
Anaklaudia Rosbax: WUF13-də mənzil mövzusuna diqqətin yönəldilməsi çox vacibdir
“CDS Defence” Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub
16 Sentyabr 2019 17:03
2 177
Cari ilin ilk aylarından sosial müavinətlərin elektron təyinatı infrastrukturunun qurulması işlərinə başlayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilin sonuna kimi 10-a qədər müavinət və təqaüd növü üzrə təyinat mexanizmini elektronlaşdıracaq. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən xəbərə görə, onların sırasına uşağın anadan olmasına görə birdəfəlik müavinət, 18 yaşadək sağlamlıq imkanları məhdud uşağa görə aylıq müavinət və həmin uşaqlara qulluq edənə aylıq təqaüd, eləcə də birinci, ikinci və üçüncü dərəcə əlilliklərə (o cümlədən müharibə səbəbi ilə əlaqədar həmin dərəcələr üzrə əlilliklərə) görə aylıq müavinət və birinci dərəcə əlilliyi olan şəxsə qulluq edənə aylıq təqaüd aiddir.
Bundan əvvəl isə nazirlik ölkədə ilk proaktiv xidmət kimi, 2019-cu ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçib. Nəticədə pensiya hüququ yaranmış şəxsə özü müraciət etmədən və sənəd təqdim olunmadan, məmur-vətəndaş təması olmadan pensiya təyin edilir və elektron qaydada ona bu barədə məlumat verilir. Beləliklə, pensiya təyinatı kimi, sosial müavinətlərin də təyinatının məmur-vətəndaş təması olmadan, heç bir sənəd və müraciət olunması tələb edilmədən, elektron qaydada həyata keçirilməsi təmin olunacaq.