Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
27 Sentyabr 2019 16:55
3 101
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin “İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” mövzusundakı layihənin icrası çərçivəsində sentyabrın 27-də Azərbaycan Texniki Universitetində növbəti təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri i.f.d., dosent Rəsmiyyə Abdullayeva bu layihənin reallaşdırılmasına maliyyə dəstəyi verən QHT-lərə Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirdi. 2020-ci ildən bütün ölkədə tətbiq ediləcək icbari tibbi sığortanın əhəmiyyətindən, onun əhalinin sosial müdafiəsinin gücləndirilməsindəki rolundan danışdı və bu layihənin həyata keçirilməsinin əhali, xüsusilə də tələbələr arasında maarifləndirmə nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığortanın əhəmiyyəti ilə bağlı hazırladığı videoçarx da nümayiş etdirildi. Sonra təlimçilər – Birliyin sədr müavini, AMEA İqtisadiyyat İnstitutunun Elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov: “İcbari tibbi sığorta: dünya təcrübəsi”, Birliyin sədr müavini, AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov “İcbari tibbi sığortanın dövlət tənzimlənməsi”, Birliyin İdarə Heyətinin üzvü, AMEA İqtisadiyyat İnstitutunun doktorantı Samir Mahmudov: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsində icbari tibbi sığortanın rolu”, Birliyin üzvü, AMEA İqtisadiyyat İnstitutunun kiçik elmi işçisi Mələk Əliyeva “Azərbaycanda icbari tibbi sığortanın mövcud vəziyyəti və perspektivlər” mövzularında çıxışlar etdilər. Təqdimatlardan sonra müzakirələr oldu, tələbələrin sualları cavablandırıldı.
Sonda icbari tibbi sığortanın əhəmiyyətini əks etdirən sosial çarx nümayiş etdirildi.
15 Noyabr 16:55
1 722
14 Noyabr 19:54
2 156
14 Noyabr 19:10
2 289