Yeni tədris ilində AzMİU-nun Elmi Şurasının ilk iclası keçirilib Hadisə

Yeni tədris ilində AzMİU-nun Elmi Şurasının ilk iclası keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi Şuranın 2019-2020-ci tədris ilinin ilk iclası keçirilib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova gündəlikdə duran məsələləri xatırlatdıqdan sonra verilməsini təklif edib. Universitetin elmi katibi Nigar Aslanova şura üzvlərini yeni tədris ilində iş planı ilə tanış edib.

N.Aslanovanın çıxışından sonra Qəbul komissiyasının müdiri Surxay Əliyev cari ildə AzMİU-ya bakalavriat səviyyəsi üzrə tələbə qəbulunun nəticələrinə həsr olunmuş hesabatla çıxış edib. Ötən illərlə müqayisədə bu ilki qəbulun yetərli olmadığını vurğulayan S.Əliyev bu halın qəbul prosesində tətbiq olunan yeniliklər, qəbul planının yüksək olması, eyni zamanda digər obyektiv səbəblərlə bağlılığını göstərib.

Magistratura mərkəzinin direktoru Rövşən Səmədov yeni tədris ilində magistratura təhsil səviyyəsi üzrə tələbə qəbulunun yekunu barədə məlumat verib. O, bu ilki qəbulun nəticələrini qənətbəxş kimi qiymətləndirib, ayrı-ayrı ixtisasların keyfiyyət göstəricilərinə nəzər salaraq qazanılan uğurlar və çatışmazlıqlardan danışıb.

AzMİU nəzdindəki İnşaat Kollecinin direktoru Namiq Ağamalıyev də kollecə qəbulun nəticələrindən danışıb, planın 100 faiz yerinə yetirildiyini diqqətə çatdırıb.
Sonda professor G.Məmmədova müzakirə olunan məsələlər və görüləcək işlərlə bağlı şura üzvlərinə tövsiyə və tapşırıqlarını verib.