Sabirabad xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açılıb, məhkəmə başlayır
Kallas: 2030-a qədər yeni ölkələrin Aİ-yə qoşulması real görünən hədəfdir
Binəqədi rayonunda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Naxçıvan şəhərində günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
11 Oktyabr  2019 18:15
2 744
Azərbaycanın Ukraynadakı səfirliyi Dnepr şəhərində yaşayan soydaşlarımız üçün “Açıq qapı” günü keçirib. Dneprdə keçirilən görüşdə səfirliyin konsulu Hüseyn Mərcanov soydaşlarımızın müraciətlərini ayrı-ayrılıqda dinləyib, qaldırılan problemlər ətrafında müzakirələr aparılıb. Səyyar görüşdə bəzi məsələlər yerindəcə həll olunub. H.Mərcanov bildirib ki, Ukraynada yaşayan soydaşlarımızın üzləşdiyi problemlərin daha səmərəli həlli üçün səfirlik ölkənin müxtəlif şəhərlərində bu cür görüşləri davam etdirəcək. Artıq vətəndaşlarla səyyar görüşlərin təşkili ənənə halına çevrilir. Bu cür görüşlərin intensiv keçirilməsinin məqsədi soydaşlarımızın problemlərini yerindəcə araşdırmaq və müvafiq qərarlar çıxarmaqdır.