Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
Azərbaycan Prezidenti: Bu il tranzit yüklərin həcmi 16 milyon tona çatacaq
Prezident: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
28 Noyabr 2019 11:36
1 799
Çex Respublikasının məhkəmə sisteminin səmərəliliyi və keyfiyyəti ilə bağlı bu ölkənin parlamentində deputatların, məhkəmə sədrlərinin, hüquq ictimaiyyətinin digər nümayəndələrinin iştirakı ilə geniş iclas keçirilib.
Tədbirdə Çexiya Parlamentinin Hüquq və konstitusiya məsələləri üzrə komitəsinin sədri Miroslav Antl, Ədliyyə naziri xanım Marie Beneşova, Konstitusiya Məhkəməsinin sədri Pavel Riçetski, Ali Məhkəmənin sədri Pavel Şamal, Çexiya Hakimləri Assosiasiyasının sədri xanım Niovi Rinqu və digər məsul şəxslərin məruzələri dinlənilib.
Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti həmyerlimiz Ramin Qurbanov parlamentin üzvləri qarşısında çıxış edərək Çexiya məhkəmə sisteminin səmərəliliyi, mövcud olan müsbət və mənfi hallar, qarşıda duran vəzifələr, təkmilləşdirilməsinə ehtiyac duyulan sahələrdən danışıb. R.Qurbanov çıxışında Çexiya məhkəmə sisteminin məhsuldarlıq göstəricilərini Avropanın digər dövlətlərinin müvafiq göstəriciləri ilə müqayisə edərək bildirib ki, Çex Respublikasının inzibati ədliyyə sahəsində məhkəmə işlərinin vaxtında həll olunması ilə bağlı ciddi pozuntular müşahidə olunsa da, mülki və kommersiya işlərinin həllində Çexiya Avropa İttifaqının 28 üzv dövləti sırasında yeddinci yerdədir.
CEPEJ-in rəhbəri Çexiyanın Ədliyyə naziri, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin sədrləri ilə ikitərəfli görüşlər keçirib.
25 Sentyabr 18:21
1 050
25 Sentyabr 17:17
784
25 Sentyabr 17:16
735