Ermənilər yenidən yanğınlar törədiblər Hadisə

Ermənilər yenidən yanğınlar törədiblər

Ermənistan Ordusunun Dağlıq Qarabağ ərazisində yerləşən hərbi birləşmələri nəzarət etdikləri Azərbaycan torpaqlarında yanğınlar törədib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, erməni hərbiçiləri Ağdamın işğal altında olan Şahbulaq dağı istiqamətində yüksəkliklərdə yerləşən otlaq və əkin sahələrinə od vurublar.
Yanğının yaxınlıqdakı meşəlik ərazilərə də yayıldığı müşahidə olunur. Hazırda alovun hektarlarla sahəni əhatə etdiyini təxmin etmək mümkündür.