Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edə biləcəyimi bilirəm
Xocavənddə torpaqların əkini üçün müraciətlərin qəbuluna başlanır
“Yaxın gələcəkdə şirin su ehtiyatlarının qorunması strateji məsələ olacaq”- Sadiq Qarayev
FHN: Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışlarına helikopter cəlb olunub - VİDEO
19 Dekabr 2019 13:54
1 547
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov saxlanılıblar.
Axar.az-ın əldə etdiyi məlumata görə, icra başçısı və müavini ötən gecə rüşvət üstündə həbs edilib.
Ağstafa Rayon İcra hakimiyyətindən bildirilib ki, təfərrüatla bağlı heç bir məlumata malik deyillər.
Qeyd edək ki, Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Bu ilin aprel ayında isə Ağstafa rayon icra başçısı vəzifəsinə təyin edilmişdi.
Qeyd: Bu barədə ilk xəbəri Bakipost.az yayıb.