17 İyun 23:48
17 İyun 23:37
19 Dekabr 2019 14:44
1 498
Sabirabad rayon sakininin üzərində narkotik maddə aşkarlanıb.
Report xəbər verir ki, rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb.
Saxlanılan şəxs Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğludur.
F.Ağayev həm də dekabrın 23-də keçiriləcək bələdiyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə üzvlüyünə namizəddir.
Qeyd edək ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov bu gün həbs ediliblər.
17 İyun 19:12
1 162
17 İyun 19:12
1 141
17 İyun 19:11
1 190