Bakı və Gəncə Şəhər Səhiyyə idarələri TƏBİB-in tabeliyinə verilib Hadisə

Bakı və Gəncə Şəhər Səhiyyə idarələri TƏBİB-in tabeliyinə verilib

Səhiyyə Nazirliyinin strukturuna daxil olan Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Gəncə Şəhər Səhiyyə İdarəsi, Sumqayıt Şəhər Səhiyyə şöbəsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilib.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 30 dekabr 2019-cu il tarixində imzaladığı Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu”nda və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.
TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin “Publik hüquqi şəxslər haqqında qanunda qeyd olunan publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərini (işçilərin əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqinə münasibətdə) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirəcək.