Azərbaycan dili: yeni çağırışlar və milli məsuliyyət
5 Noyabr 23:56
5 Noyabr 23:56
5 Noyabr 23:39
31 Yanvar 2020 16:04
1 442
Çin Xalq Respublikasından "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi dayanıb.
Bu barədə açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Mikayıl Qədimov deyib.
Onun sözlərinə görə, hazırda Çindən adıçəkilən mərkəzə mal gətirilmir: "Ümumilikdə hazırda Çin mallarının mövsümü deyil. Əsas mövsüm mart-aprel aylarından başlanır. Daha sonra isə avqust-sentyabr aylarından dekabr ayına qədər bazara Çin malları gəlir. Yanvar ayı Çində bayram olduğu üçün bazara mal gətirilmir".
Mərkəz rəsmisi deyib ki, hazırda bazarda tək-tək Çin malları satılır ki, həmin mallar da noyabr-dekabr aylarından qalan və ya həmin aylarda Çindən göndərilən, lakin yolda gecikən mallardır:
"Hazırda bizim bazara Çindən heç bir mal gəlmir. Dekabr ayından sonra bazara Çindən mal gətirilməsi dayanıb".
M. Qədimov deyir ki, bu ərəfələrdə bazarda alver də zəif olur.
5 Noyabr 23:50
903
5 Noyabr 15:38
1 085
5 Noyabr 12:45
1 316