Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan yeniyetmə həbs edilib
30 il əvvəl taksi sürücüsünü boğaraq meyitini boruda gizlədən iki nəfər həbs edilib - BİRGƏ MƏLUMAT
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Tramp: "Yaxın 36-72 saat ərzində İranla sülh danışıqları mümkündür"
27 Fevral 2020 12:02
1 960
Gürcüstan sərhədində koronavirusa yoluxduğu müəyyən edilən şəxs xəstəliyin gizli dövründə Azərbaycandan keçib.
Bu sözləri Baş epidemioloq İbadulla Ağayev “Yeni Müsavat”ın canlı yayımında deyib.
O bildirib ki, həmin şəxs Azərbaycandan gedəndə, yəni aradan bir neçə saat keçəndən sonra xəstəlik özünü göstərib:
“Bu xəstəliyin özünü büruzə vermək müddəti var. 14-15 gün müddətinə xəstəlik müəyyən edilməyə bilər. Həmin şəxs də xəstəliyin gizli dövründə keçib Azərbaycandan. Ona görə müəyyən edilməyib. Bu, olduqca normaldır. Ona görə bizim aparatlar onun xəstə olduğunu müəyyən etməyib.
Gürcüstan sərhədində onun koronavirusa yoluxduğunun müəyyən edilməsinə səbəb odur ki, artıq ora çatanda virus özünü büruzə verib”.
Qeyd edək ki, ötən gün İrandan ölkəsinə Azərbaycandan keçməklə qayıdan Gürcüstan vətəndaşında koronavirus aşkarlanıb.