İspaniyaya məğlubiyyətdən sonra De Bruynedən gələcəyi ilə bağlı açıqlama
Ukrayna Donetsk bölgəsində Rusiya təlim poliqonuna zərbə endirib
İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
28 Aprel 2020 17:08
4 935
Azərbaycan Respublikasında 39 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1221 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 132 640 test aparılıb.