Jurnalistlər üçün müsabiqənin vaxtı uzadıldı Hadisə

Jurnalistlər üçün müsabiqənin vaxtı uzadıldı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin vaxtı uzadılıb. Müsabiqəyə yazılar oktyabrın 15-dək təqdim oluna bilər.
Müsabiqənin mövzusu "AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti" ilə bağlıdır.
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Müsabiqədə I yer üçün bir, II yer üçün iki, III yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub.
I yer- 1 000 manat,
II yer - 800 manat
III yer - 600 manat
Bundan əlavə, 5 yazı müəllifinə həvəsləndirici mükafat (200 AZN) veriləcək.
Qaliblər, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.