136 mindən çox uşaq qeydiyyatdan keçib Hadisə

136 mindən çox uşaq qeydiyyatdan keçib

2020-2021-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə qəbul üçün 136 mindən çox uşaq elektron qeydiyyatdan keçib. Təhsil Nazirliyindən verilən məlumata görə, ümumtəhsil məktəblərinin I siniflərinə martın 10-dan başlamış qəbul prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır.
Bu günədək respublika üzrə ümumilikdə 136 644 uşaq I sinfə elektron qeydiyyatdan keçib. 126 860 nəfərin sorğusu tamamlanıb. 8647 nəfər tədrisi digər dillərdə aparılan bölmələr üzrə I sinfə qəbul üçün müsahibəyə yazılıb. 777 nəfər isə liseylərə qəbul üçün sorğu yerləşdirib. Qeyd edək ki, I sinfə elektron qeydiyyat prosesi sentyabrın 14-dək davam edəcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 268 ümumtəhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. BŞTİ-dən bildirilib ki, həftədə 4 gün fəaliyyət göstərmiş məktəbəhazırlıq qruplarında 25 min 832 uşaq məşğələlərə cəlb olunub. Bakı şəhərində tətbiq olunan məktəbəhazırlıq qruplarına elektron qeydiyyat təcrübəsi genişləndirilərək, 2019-2020-ci dərs ilindən bütün ölkəni əhatə edib.