Tibbi yardım üçün SMS icazə limitsizdir - Ülvi Mehdiyev Hadisə

Tibbi yardım üçün SMS icazə limitsizdir - Ülvi Mehdiyev

Zəruri tibbi yardım üçün SMS icazə limitsizdir, ancaq ərzaq, dərman peraparatları və gəzinti üçün gündə bir dəfə mümkündür.
Trend-in məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərərgahın bu gün keçirilən brifinqində deyib.
Ü.Mehdiyev bildirib ki, gün ərzində zəruri tibbi yardım üçün SMS icazə alan vətəndaşlar ərzaq, dərman peraparatları və gəzinti üçün də gündə bir dəfə icazə ala bilərlər: “Ancaq bura da sui istifadə hallarına yol verilməməlidir. Bütün SMS-lərin təhlili aparılacaq və hansı vətəndaş sui istifadə hallarına yol verəcəksə bu müəyyən ediləcək və bununla bağlı məlumatlar hüquq mühafizə orqanlarına təqdim ediləcək”.