Bəşər Əsəd Suriyadan qaçdı – Təcili
6 Dekabr 23:11
6 Dekabr 23:11
6 Dekabr 20:16
6 Dekabr 19:13
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 40-dan çox ölkənin milli insan hüquqları institutlarının üzv olduğu Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin Baş katibi Debbi Kohner ilə onlayn görüş keçirib.
Ombudsman Aparatından bildirilib ki, görüşdə Müvəkkil yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkədə geniş yayılmasının qarşısının alınması ilə əlaqədar görülən işlərdən danışıb. Müvəkkil, eyni zamanda, ölkədə tətbiq olunan xüsusi karantin rejimi dövründə əhalinin risk qruplarına daxil olan şəxslərin hüquqlarının təmin olunması ilə bağlı aidiyyəti dövlət qurumlarına xüsusi müraciətlər ünvanladığını diqqətə çatdırıb. Qeyd olunub ki, Ombudsman təsisatında xüsusi karantin rejimi səbəbilə vətəndaşların canlı qəbulu müvəqqəti dayandırılsa da, poçt, e-mail vasitəsilə, həmçinin onlayn qaydada müraciətlərin qəbulu davam etməkdədir. Eyni zamanda, həftənin hər günü 24 saat xidmət göstərən qaynar xətt vasitəsilə də Müvəkkilə müraciət etməyin mümkün olduğu diqqətə çatdırılıb.
Baş katib Debbi Kohner beynəlxalq təcrübədə Azərbaycan Ombudsman təsisatının pandemiya dövründə insan hüquqlarının təxirəsalınmaz müdafiəsi ilə əlaqədar ən aktiv təsisatlardan biri olduğunu vurğulayıb. Ombudsman təsisatının sözügedən qurumun fərqli sahələr üzrə işçi qruplarının iclaslarında aktiv şəkildə təmsil olunduğunu qeyd edən Baş katib pandemiya dövründə Müvəkkilin həyata keçirdiyi fəaliyyətin olduqca faydalı olduğunu və bu təcrübəni əks etdirən zəruri məlumat və materialların qurumun rəsmi saytında da yayımlandığını bildirib.
Ombudsman Səbinə Əliyeva sözügedən şəbəkənin fəaliyyətini yüksək qiymətləndirərək iki qurum arasında əməkdaşlığın davam etdiriləcəyini qeyd edib. Bildirilib ki, bilik və təcrübə mübadiləsi baxımından qarşılıqlı əməkdaşlığın əhəmiyyəti olduqca böyükdür.
Görüşdə əməkdaşlığın gücləndirilməsinə dair bir sıra məsələlər müzakirə edilib.