6 rayonda ciddi nöqsanlar aşkarlandı - SİYAHI İqtisadiyyat

6 rayonda ciddi nöqsanlar aşkarlandı - SİYAHI

Dövlət Statistika Komitəsi 6 rayonda aparılmış yoxlama və qiymətləndirmələr zamanı fəaliyyətin rəsmi metodologiyaya uyğun qurulmaması ilə bağlı ciddi nöqsanlar aşkarlayıb.

Bu barədə Komitənin 2026-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib.

Hesabat dövründə Qusar, Tovuz, Beyləqan, Biləsuvar, Şamaxı və İsmayıllı rayon statistika idarələrində daxili nəzarətin zəif olduğu və respondentlərlə işin düzgün təşkil edilmədiyi diqqətə çatdırılıb.

Qurumun sədri Azər Mursaqulov statistik məlumatların etibarlılığının əsas meyar olduğunu vurğulayaraq, aşkar edilmiş boşluqların təcili aradan qaldırılması barədə aidiyyəti struktur bölmələrə konkret tapşırıqlar verib.