ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi: 10 şirkət və 8 gəmi siyahıda Gündəm

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi: 10 şirkət və 8 gəmi siyahıda

ABŞ İran üzrə sanksiya siyahısına 10 hüquqi şəxs və səkkiz tankeri əlavə edib.

Xalqcebhesi.az xəbər verir ki, müvafiq bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında yerləşdirilib.

Məlumatlardan göründüyü kimi, məhdudiyyətlər İran, Honq Konq və Marşall adalarında yerləşən şirkətlərə qarşı tətbiq olunub. Sanksiya siyahısına daxil edilmə ABŞ-dəki aktivlərin dondurulması, həmçinin ABŞ vətəndaşlarına və şirkətlərinə bu şəxslərlə biznes aparmağın qadağan edilməsi deməkdir.

Məryəm Quliyeva