Ukraynada F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb Dünya

Ukraynada F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Ukraynada F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin mətbuat xidməti özünün "Telegram" kanalında məlumat verib.

"İyulun 29-da Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi ilə əlaqə kəsilib. Pilot cəbhənin birində hava hədəflərini ələ keçirmək üçün döyüş tapşırığı yerinə yetirirdi. İlkin məlumatlara görə, təyyarənin göyərtəsində fövqəladə vəziyyət baş verib və pilot katapult etmək məcburiyyətində qalıb", - deyə açıqlamada bildirilir.

Ukrayna Silahlı Qüvvələri pilotun müayinə üçün xəstəxanaya aparıldığını qeyd edib. Silahlı Qüvvələr vurğulayıb ki, mütəxəssislər və hüquq-mühafizə orqanları qəza yerində işləyir; mülki şəxslər arasında itki və ya ziyan barədə məlumat verilməyib. Təyyarənin dəqiq qəza yeri göstərilməyib.