Polşa Ukraynaya zərbələr səbəbindən qırıcılarını havaya qaldırıb Dünya

Polşa Ukraynaya zərbələr səbəbindən qırıcılarını havaya qaldırıb

Polşa, Varşavanın iddiasına görə, Rusiya Federasiyasının Ukrayna ərazisindəki obyektlərə endirdiyi zərbələrlə əlaqədar qırıcı təyyarələrini və uzaq mənzilli radiolokasiya aşkaretmə (UMRA) təyyarəsini havaya qaldırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşa Ordusunun Əməliyyat Komandanlığı məlumat yayıb.

"Rusiya Federasiyasının uzaq mənzilli aviasiyasının Ukrayna ərazisinə zərbələr endirən aktivliyi ilə əlaqədar Polşanın hava məkanında hərbi aviasiyanın uçuşları başlayıb. Havaya qırıcılar və uzaq mənzilli radiolokasiya aşkaretmə təyyarəsi qaldırılıb, yerüstü HHM və radiolokasiya nəzarəti sistemləri isə hazır vəziyyətə gətirilib", — deyə komandanlığın "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən paylaşımda bildirilir.

İyulun 30-na keçən gecə Ukrayna KİV-ləri Kiyevdə, eləcə də Vinnitsa, Dnepropetrovsk, İvano-Frankovsk, Lvov, Poltava, Xarkov və Çerkassı vilayətlərində partlayışlar barədə məlumat yayıb.

Məryəm Quliyeva