İsrail "F-35" səviyyəsində döyüş PUA-sı hazırlamağı planlaşdırır Dünya

İsrail "F-35" səviyyəsində döyüş PUA-sı hazırlamağı planlaşdırır

İsrail öz xüsusiyyətlərinə görə Amerikanın "F-35" qırıcısından geri qalmayan döyüş pilotsuz təyyarəsi yaratmağı planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbəyə istinadən "Bloomberg" agentliyi məlumat verib.

Qeyd olunduğu kimi, yəhudi dövləti Amerikanın hərbi yardımının həcmini azaltmaq və onu birgə silah işlənməsi və istehsalı proqramları ilə əvəz etmək niyyətindədir. Bu plan "F-35" qırıcısı ilə müqayisə oluna biləcək döyüş pilotsuz təyyarəsinin yaradılmasını nəzərdə tutur. Agentliyin mənbəsi qeyd edib ki, onun hazırlanmasında digər ölkələr də iştirak edə biləcəklər.

Məryəm Quliyeva