07:12
371
ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının Müdafiə naziri Xalid bin Salman Al Səud iyulun 29-da Amerika paytaxtında keçirilən görüşdə İranla münaqişəni müzakirə ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" portalının və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid Amerika rəsmisinə istinadən "X" sosial şəbəkəsində bildirib.
Nəşrdə qeyd olunduğu kimi, nazir Trampa "İranla müharibə və regionda gərginliyin artması ilə bağlı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səudun mesajını" çatdırıb. Mesajın nədən ibarət olduğu dəqiqləşdirilmir.
Məryəm Quliyeva