FED uçot dərəcəsini növbəti dəfə sabit saxlayıb İqtisadiyyat

FED uçot dərəcəsini növbəti dəfə sabit saxlayıb

Federal Ehtiyat Sistemi (FED) İrandakı müharibə fonunda inflyasiya riski səbəbindən faiz dərəcələrini sabit saxlayayıb.

FED faiz dərəcəsini hazırkı 3,5 faizdən 3,75 faizə qədər olan diapazonda dəyişməz saxlamaq üçün 9 səslə lehinə, 3 səslə əleyhinə səs verməklə qərar qəbul edib.

Bu, artıq qurumun faiz dərəcəsini dəyişməməklə bağlı il ərzində ardıcıl 5-ci qərarıdır.