İranın Qərbi Azərbaycan əyalətinə raket zərbəsi endirilib Güney Azərbaycan

İranın Qərbi Azərbaycan əyalətinə raket zərbəsi endirilib

İranın şimal-qərb hissəsində yerləşən Qərbi Azərbaycan əyaləti raket atəşinə tutulub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar İdarəsinin rəisi Həməd Səfəri məlumat verib.

"Fars" agentliyinin sitat gətirdiyi onun sözlərinə görə, "düşmən tərəfindən atılan raket yaşayış məntəqəsi olmayan əraziyə düşüb". Hadisə nəticəsində həlak olanlar və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Məryəm Quliyeva