20:02
357
"Təşkilatçılara təşəkkür edirəm ki, hər şeyi belə yüksək səviyyədə təşkil ediblər".
Bunu Bakıda keçirilən U-17 dünya çempionaatında qızıl medal qazanan Yanes Nazaryan jurnalistlərə açıqlamasında deyib.
Erməni güləşçi Bakıdakı çempionatda iştirak etdiyi üçün xoşbəxt olduğunu bildirib:
"Təəssüratlar çox yaxşıdır. Çünki qızıl medal qazandıq. İnanırdıq ki, burada daha yaxşı nəticə göstərə bilər, qızıl qazanarıq. Şükürlər olsun ki, hər şey yaxşıdır və medalımız var. Yaxşı mübarizə getdi, bütün rəqiblər güclü idi. Hər kəs güzəştsiz, sonadək mübarizə apardı. Şükürlər olsun ki, qalib gələ bildik.
Hər şey çox yaxşı idi. Düzü, bu çempionatda iştirak etdiyim üçün çox xoşbəxtəm. Özümü rahat hiss edirdim. Hər şey normal idi, bizi çox yaxşı qarşıladılar. Təşkilatçılıq super idi, çox sağ olun".