ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb İqtisadiyyat

ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb

ABŞ-nin kommersiya neft ehtiyatları son bir həftədə 7,2 milyon barel azalaraq 404,5 milyon barelə düşüb.

Bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 24-nə olan məlumata əsasən, ölkənin kommersiya neft ehtiyatları 404,5 milyon barel təşkil edib. Nazirliyin qiymətləndirməsinə görə, mövcud ehtiyat səviyyəsi ilin bu dövrü üçün son beş ilin orta göstəricisindən 7 faiz aşağıdır.

Məlumatın açıqlandığı vaxt dünya bazarında neft qiymətlərində də artım müşahidə olunub. Bakı vaxtı ilə saat 18:30-a olan məlumata görə, Londonun ICE birjasında 2026-cı ilin sentyabr ayı üzrə Brent markalı neftin fyuçersləri 7,4 faiz bahalaşaraq bir barel üçün 90,31 dollara yüksəlib.

Eyni zamanda, WTI markalı xam neftin avqust fyuçerslərinin qiyməti də 7,24 faiz artaraq bir barel üçün 85 dollara çatıb.