22:12
350
Bütün region İsrailin Yaxın Şərqdəki təcavüzkar hərəkətlərinin bədəlini ödəyir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib ki, İsrail tədricən Fələstin ərazilərini işğal edir, regiondakı əsas insan hüquqlarını görməzdən gəlir və beynəlxalq hüququ pozur: "Bu təcavüzün bədəlini təkcə fələstinli qardaşlarımız və bacılarımız deyil, bütün region ödəyir".
O həmçinin bildirib ki, Türkiyə bölgədə hərbi əməliyyatları minimuma endirmək üçün lazımi səyləri göstərir: "Bölgəmizdəki münaqişələrə baxmayaraq, Türkiyə iqtisadiyyatı güclü olaraq qalır. Hərbi əməliyyatların vətəndaşlarımıza təsirini minimuma endirmək üçün xüsusi səylər göstəririk. İstehsalçılarımızı və ixracatçılarımızı bütün sektorlarda dəstəkləyirik. İxracatçılarımız üçün gündəlik ehtiyat kredit limitini, eləcə də subsidiyalaşdırılmış investisiya kreditlərinin həcmini artırmışıq".