16:53
434
Venesuela Xarici İşlər Nazirliyi İranın səfiri Əli Çeginini çağıraraq, Venesuela təsisatları və hakimiyyətinin ünvanına səsləndirilən "saymaz və yaraşmayan" bəyanatlarla bağlı ona rəsmi etiraz notası təqdim edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Clash Report" məlumat verir.
Söhbət İranın xarici işlər naziri Abbas Əraqçinin "Mehr" agentliyinə müsahibəsində səsləndirdiyi fikirlərdən gedir. O, müsahibəsində bildirmişdi: "Bura bir nəfəri aparan kimi qalanların qorxub geri çəkildiyi Venesuela deyil".
Məryəm Quliyeva