07:26
336.jpg)
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ hərbçilərinin İrana növbəti zərbələr endirməyi başa çatdırdığını bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.
"Mərkəzi Komandanlığın qüvvələri dünən ABŞ qüvvələrinə qarşı raket hücumu həyata keçirmək cəhdinə cavab olaraq İrana qarşı güclü zərbələr dalğasını başa çatdırıb", — deyə qeyd edilib.
Komandanlığın bəyanatına görə, ABŞ Silahlı Qüvvələri İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) onlarca obyektini, o cümlədən "hərbi komandanlıq məntəqələrini, raket və dronların yerləşdirildiyi əraziləri, sahil müşahidə və müdafiə obyektlərini, həmçinin Hərbi Dəniz Qüvvələrinin vasitələrini" vurub.
Məryəm Quliyeva
29 İyul 23:13
679
29 İyul 23:12
651
29 İyul 18:22
931