Ermənistandan siyasi iradə gözləyirik - Bayramov
5 Dekabr 19:46
Bu gün, Baş nazir Şri Narendra Modi video-konfrans vasitəsilə Reva Ultra Meqa Günəş Enerjisi layihəsini xalqa təqdim etdi. Bu, Asiyanın ən böyük enerji layihəsidir.
Hindistanın Azərbaycandakı səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, bu münasibətlə çıxış edən Baş nazir Reva layihəsinin bütün regionu on ildə saf və təmiz əsas enerji qovşağı mərkəzinə çevirəcəyini söylədi. Baş nazir, Reva ətrafındakı bütün bölgə ilə birlikdə Dehli metrosunu da enerji ilə təmin edəcək bu layihəni yüksək qiymətləndirdi.
O bildirdi ki, bu kimi əsas layihələr Neemux, Şacapur, Çattarpur və Omkareshvarda da həyata keçirildiyindən, Madhya Pradeş tezliklə Hindistanda günəş enerjisinin əsas mərkəzi olacaq.
O, bu layihədən ən çox Madhya Pradeşdə kasıbların, orta sinfin, tayfaların və fermerlərin faydalanacağını bildirdi.
Baş nazir, 21-ci əsrdə təşəbbüskar Hindistanın enerji ehtiyaclarını təmin etmək üçün əsas vasitə olacağını söylədi.
O, günəş enerjisini 'Etibarlı, Saf və Təhlükəsiz' olaraq xarakterizə etdi. Bu enerji, davamlı günəş enerjisi tədarükünə görə etibarlıdır, ətraf mühit üçün təmizdir və enerji ehtiyaclarımız üşün etibarlı mənbə olduğu üçün təhlükəsizdir.
Baş nazir belə günəş enerji layihələrini Hindistanın özünü təmin etməsinin əsl nümünəsi adlandırdı.
O, iqtisadiyyatın özünü təmin etmənin və tərəqqinin vacib aspekti olduğunu söylədi. İqtisadiyyat və ya ekologiyaya diqqəti yönəltmək dilemmasına toxunan Baş nazir, Hindistanın bu dilemmanı günəş enerji layihələri və ətraf mühitə uyğun digər tədbirlərə diqqəti yönəltməklə həll etdiyini söylədi. Şri Modi, İqtisadiyyat və Ekologiyanın bir-birinə zidd olmadığını, hətta bir-birini tamamladığını söylədi.
Baş nazir, hökumətin bütün proqramlarında ətraf mühitin qorunmasına, eləcə də yaşayışın təkmilləşdirilməsinə üstünlük verildiyini diqqətə çatdırdı. O, yaşayışın asanlaşdırılmasına və yoxsulların və orta təbəqənin həyat şəraitini yaxşılaşdırılmasına yönəlmiş Svaç Bharat- az təminatlı ev təsərrüfatlarına maye qaz balonlarının tədarükü və sıxılmış maye qaz şəbəkələrinin inkişafı kimi proqramlara toxundu.
Baş nazir, ətraf mühitin qorunmasının yalnız bir neçə layihə ilə məhdudlaşmadığını, həyat tərzi olduğunu söylədi.
Baş nazir, böyük bərpa olunan enerji layihələrini həyata keçirərkən təmiz enerjiyə olan qətiyyətin həyatın hər sahəsində görünməsinin təmin olunduğunu söylədi. Hökumət, faydaların ölkənin hər bir küncünə, cəmiyyətin hər bir hissəsinə və hər bir vətəndaşa çatmasının qayğısına qalır. O, bunu LED lampalarının elektrik enerjisindən istifadəni necə azaltdığı nümunəsi ilə izah etdi. LED lampalarından istifadə səbəbindən 40 milyon tona yaxın karbon qazının ətraf mühitə buraxılmasının qarşısı alınmışdır. Baş nazir, LED lampalarda istifadənin həmçinin, elektrik enerjisi istifadəsini 6 milyard kilovatt-saat azaltdığını və büdcədə 24,000 kror Hindistan rupisinə qənaət etdiyini bildirdi.
O dedi ki, hökumət ətraf mühitimizi, havamızı, suyumuzu təmiz saxlamağa çalışır və bu düşüncə günəş enerjisi ilə bağlı siyasətdə və strategiyada da öz əksini tapır.
Şri Modi, Hindistanın günəş enerjisi sahəsində nümunəvi tərəqqisinin dünyanı maraqlandıran əsas mənbə olacağını söylədi. Onun sözlərinə görə, belə böyük addımlar sayəsində Hindistan, təmiz enerjinin ən cəlbedici bazarı hesab olunur.
Baş nazir, Beynəlxalq Günəş İttifaqının günəş enerjisi baxımından bütün dünyanı birləşdirmək məqsədi ilə yaradıldığını söylədi. Bu məqsədin əsas ideyasının Bir Dünya, Bir Günəş, Bir Şəbəkə olduğunu söylədi.
Baş nazir, Madhya Pradeş fermerlərinin də Hökumətin KUSUM Proqramından istifadə edəcəyinə və əlavə qazanc mənbəyi olaraq öz torpaqlarında Günəş enerjisi stansiyalarını quraşdıracağına inandığını bildirdi.
O, Hindistanın tezliklə böyük enerji ixracatçısı olacağına ümid etdiyini bildirdi.
Baş nazir, Hindistanın fotovoltaik panellər, batareya və anbar kimi günəş enerjisi stansiyaları üçün lazım olan müxtəlif qurğuların idxalından asılılığını azaltmağa da çalışdığını söylədi.
O, bu istiqamətdə fəaliyyətin sürətlə aparıldığını və günəş enerjisi üçün lazım olan bütün materialların istehsalı və təkmilləşdirilməsi üçün Hökumətin sənayeni, gəncləri, mikro, kiçik və orta sahibkarları və startupları bu fürsəti əldən verməməyə təşviq etdiyini söylədi.
Baş nazir, COVID-19 pandemiyası səbəbiylə hal-hazırda davam edən böhrana toxunaraq istər Hökümət, istərsə də cəmiyyət üçün riqqət və ehtiyatlılığın bu çətin problemi həll etmək istiqamətində ən böyük motivasiya olduğunu bildirdi. O, hərəkət məhdudiyyətinin ilk tətbiq olunduğu günlərdən etibarən Hökumətin yoxsulların və ehtiyacı olanların ərzaq və yanacaqla təmin olunmasının qayğısına qaldığını nəzərə çatdırdı. Hökümətin eyni ruhla hətta məhdudiyyətlərin aradan qaldırıldığı mərhələdə də bu il noyabr ayına qədər pulsuz qida və maye qaz tədarükünü davam etdirməyə qərar verdiyini söylədi.
Baş nazir, insanlar Madhya Pradeşi güclü etmək üçün evlərindən çıxarkən iki metr məsafəni qorumaq, maska taxmaq və ən azı 20 saniyə ərzində əlləri sabunla yumaq qaydalarına riayət etməli olduğunu da əlavə etdi.