Ərdoğan: "Bu, Türkiyəyə qarşı alçaq təxribatdır"
7 Aprel 17:25
7 Aprel 17:25
7 Aprel 17:20
7 Aprel 16:53
14 İyul 2020 15:20
3 535
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyulun 14-ü səhərədək bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Xidmətdən bildiriblər ki, düşən yağışın miqdarı Daşkəsən rayonu Dəstəfurçay-Qaraqollarda 45, Gədəbəydə 35, Daşkəsəndə 16, Göygöldə 13, Xınalıqda 10, Qrızda 6, Balakən, Ordubadda 4, Şahdağ, Ağdərə (Ordubad), Sədərəkdə 2, Tərtər, Gəncə, Şəmkir, Ağdam, Ağstafa, Naxçıvanda 1 millimetrədək olub. Leysan xarakterli yağış nəticəsində Yuxarı-Ağcakənd ərazisində Gorançaydan, Daşkəsən rayonu Dəstəfurçay-Qaraqollardan, Gədəbəy rayonu Şəmkirçay-Qalakənddən, Şəmkir Mansırlıdan, Əsrikçay Ədrikçırdaxamdan, Qəbələ rayonu Vəndam çayından sel keçib.
Havanın temperaturu iqlim normasını 1.5° ötüb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-35°, Aran rayonlarında 33-37°, dağlıq rayonlarda 25°-dək, Naxçıvan Muxtar Respublikasında 29-33° isti olub.
7 Aprel 20:17
1 120
7 Aprel 19:15
1 176
7 Aprel 19:13
1 183