Ədalət Partiyası bələdiyyə seçkilərindən imtina etdi Hadisə

Ədalət Partiyası bələdiyyə seçkilərindən imtina etdi

Moderator.az xəbər verir ki, Ədalət Partiyasının Siyasi Şurasının növbəti toplantısı keçirilb. Toplantıda qarşıdan gələn bələdiyyə seçkilərində partiyanın iştirak edib etməyəcəyi ilə bağlı müzakirə aparılmış və yekun qərar qəbul edilib.
Müzakirədə belə qənaət hasil olub ki, zərurətə baxmayaraq Azərbaycanda nə bələdiyyələrin statusu muəyyən olunub, nə seçki qanunvericiyi təkmilləşib.
Toplantıda qərara alınıb ki, Ədalət Partiyası seçki prosessində iştirakdan imtina edir.