Prezidentdən pensiyaçılar üçün mühüm sərəncam Hadisə

Prezidentdən pensiyaçılar üçün mühüm sərəncam

Azərbaycanda "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası" təsdiq edilib. BayMedia-nın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncam Azərbaycanda pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədi ilə verilib.
Nazirlər Kabinetinə Konsepsiyanın yerinə yetirilməsinə nəzarəti həyata keçirmək və bu barədə mütəmadi olaraq Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.