Mətbuat Şurasından jurnalistlər üçün müsabiqə Hadisə

Mətbuat Şurasından jurnalistlər üçün müsabiqə

Azərbaycan Mətbuat Şurası "Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" layihəsi çərçivəsində "Azərbaycan beynəlxalq münasibətlər sistemində" mövzusunda yazı müsabiqəsi keçirir.

I. Müsabiqənin istiqamətləri

Müsabiqəyə təqdim olunacaq yazılar üçün aşağıdakı istiqamətlər müəyyənləşdirilib:
1. Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu;
2. Azərbaycanın beynəlxalq münasibətlər sistemi və Heydər Əliyev şəxsiyyəti;
3. Beynəlxalq siyasi proseslərdə qlobal maraqlar.

II. Mükafatlandırma

Qaliblər yuxarıda qeyd edilən üç istiqamətin hər biri üzrə ayrı-ayrılıqda mükafatlandırılacaqlar.
Ümumən müsabiqədə 3 birinci, 3 ikinci və 3 üçüncü yer nəzərdə tutulur.

I yer - 1000 manat;
II yer - 800 manat;
III yer - 500 manat.

Həvəsləndirici mükafat - 10 nəfər - 300 manat
Müsabiqədə yer tutacaq şəxslərin adları 2014-cü il may ayının 5-dək açıqlanacaq.
Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur.
Yazılar 9-11 min işarədən çox olmamalıdır.
Materialda "Yazı Azərbaycan Mətbuat Şurasının "Azərbaycan beynəlxalq münasibətlər sistemində" mövzusundakı müsabiqəsinə təqdim edilir" qeydi olmalıdır.
Müsabiqəyə 2014-cü ilin mart ayının 1-dən may ayının 1-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən materiallar buraxılacaq.

IV. Yazıların təqdim edilməsi

Təqdimat zərfinə yazı müəllifinin konkret KİV-də işlədiyini təqdiqləyən sənədin surəti, onun əlaqə vasitələri əlavə olunmalıdır.
Material yazılı formada 3 nüsxədə (A4 formatlı kağız vərəqində), həmçinin elektron formada (diskdə, Times New Roman şriftində) müəllifin adı qeyd olunmamaqla şəxsən təqdim edilməlidir. Müsabiqə materialı informasiya saytında gedibsə, elektron təqdimata (diskə) yazının linkinin göstərildiyi ayrıca fayl yerləşdirilməlidir.
Təqdim olunmuş 3 nüsxənin hər birində, habelə elektron formatlı (diskdə, Times New Roman şriftində) təqdimatda materialın müsabiqə üzrə müəyyənləşdirilmiş hansı istiqamətə uyğunluğu ayrıca qeyd edilməlidir.
Yazılar 2014-cü ilin mart ayının 1-dən mayın 1-dək hər gün saat 10.00-dan 17.00-a qədər Bakı şəhəri, Məmməd Araz küçəsi 4 ünvanında (keçmiş Teymur Əliyev 38, Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.

XC