Azərbaycanda 230 nəfər COVID-19-a yoluxdu, 122 nəfər sağaldı, 1 nəfər vəfat etdi Hadisə

Azərbaycanda 230 nəfər COVID-19-a yoluxdu, 122 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 230 yeni yoluxma faktı qeydə alınıb, 122 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 41 982 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 357 nəfər müalicə olunaraq sağalıb, 609 nəfər vəfat edib, aktiv xəstə sayı 2016 nəfərdir.

Ölkədə son sutka ərzində 7 064, hazırkı dövrədək isə 1 176 720 test aparılıb.