FHN-in Şimal Regional Mərkəzi maarifləndirimə tədbiri keçirib Hadisə

FHN-in Şimal Regional Mərkəzi maarifləndirimə tədbiri keçirib

Tural

Noyabrın 18-də Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Quba rayonu, Aşağı Atuc kənd tam orta məktəbində "Fövqəladə hallar zamanı özünü necə aparmalı" mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib. Tədbirin keçirilməsində məqsəd məktəbin müəllim və şagird heyətinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə hallardan necə qorunmalı, təxliyyənin təşkili, qış aylarında elektrik və qaz cihazlarından təhlükəsiz istifadə qaydaları, məişətdə və evdən kənarda təhlükəsizlik tədbirləri mövzularında biliklərin aşılanması olub.
Tədbirdə Şimal Regional Mərkəzinin regionda yerləşən təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, FHN-in fəaliyyət istiqamətləri, təbii fəlakətlərin yaranma səbəbləri və müasir dövrdə onlarla mübarizə qaydaları, dinc və ya müharibə dövründə mülki müdafiənin rolu, qar uçqunundan qorunma, elektrik və qaz cihazlarından təhlükəsiz istifadə qaydaları, yanğın və zəlzələ zamanı təhsil ocaqlarında təxliyyənin düzgün təşkili qaydaları, zəlzələdən sonra özünə və digərlərinə ilk tibbi yardımın göstərilməsi, təhlükəsizliyimizin təmin olunmasında "112" qaynar xəttinin rolu kimi mövzularda ətraflı məlumat verilib. Tədbirin sonunda dəm qazı haqqında videoslayd nümayiş olunmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.